Çağırış siqnalı

bədahətən (özündən asılı olmayan) formalaşdırma elementi; radiostansiyanın şərti işarəsidir ki, buna görə radioəlaqə yaratdıqda və danışıq aparanda onu tanımaq olur. O bir, yaxud iki sözdən, yaxud bir neçə hərf, yaxud rəqəmdən, hərflər, rəqəmlər və sözlərin birləşməsindən ibarət ola bilər.
Cümləüstü bütövlük
Çoxdilli lüğət
OBASTAN VİKİ
"Wow!" siqnalı
Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir. Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir. == Texniki detallar == Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir. Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir.
SOS siqnalı
SOS — beynəlxalq fəlakət siqnallarından biri, əsasən Morze kodu ilə verilir, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə). CQD siqnalını əvəz etmiş, 1905 il aprelin 1-də Almaniyada qəbul edilmişdir, 1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscə adətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir. Çox adam "Save our Ship" gəmimizi qurtar; "Stop Other Signals" digər siqnalları dayandırın sözlərinin qısaldılmışı kimi də başa düşür. Halbuki heç biri deyil. Tamamilə telqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçildi . · · · — — — · · · SOS belə ifadə olunur(Morze əlifbası ilə) SOS vermiş məşhur gəmilər arasında "Titanik", "Britannik", "Luzitaniya" və "Andrea Doria"da var. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Tüstü siqnalı
Tüstü siqnalı uzun məsafəli rabitənin ən qədim formalarından biridir. Bu, uzaq məsafədə istifadə olunan vizual ünsiyyət formasıdır. Ümumiyyətlə, tüstü siqnalları xəbərləri ötürmək, təhlükə siqnalı vermək və ya insanları ümumi əraziyə toplamaq üçün istifadə olunur. Qədim Çində Böyük sədd boyunca əsgərlər bir-birlərini düşmən basqını barədə xəbərdar etmək üçün onun mayak qüllələrinə tüstü siqnalları göndərirdilər. Tüstünün rəngi hücum edən düşmən tərəfinin ölçüsünü bildirirdi. Mayak qüllələrini müntəzəm olaraq yerləşdirməklə və hər qüllədə bir əsgər yerləşdirməklə ismarıclar səddin bütün 7300 kilometrinə ötürülə bilərdi. Tüstü siqnalları həmçinin hücum barədə daxili qalaları xəbərdar edərək, müdafiə və qarnizonu dəstəkləyən qoşunları əlaqələndirməyə imkan verirdi. Qədim Şri-Lankada dağ zirvələrində yerləşən əsgərlər zirvədən zirvəyə işarə edərək bir-birlərini yaxınlaşan düşmən hücumu (ingilislər, hollandlar və ya portuqallar) barədə xəbərdar edirdilər. Bu yolla onlar bir neçə saat ərzində Krala mesaj ötürə bildilər. Tüstü siqnalından sui-istifadənin eramızdan əvvəl 8-ci əsrdə Qərbi Çjou sülaləsinin süqutuna səbəb olduğu məlumdur.
Vau! siqnalı
Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir. Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir. Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir. Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir.
Wow! siqnalı
Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir. Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir. Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir. Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir.
Kömək siqnalı
Kömək üçün siqnal və ya məişət zorakılığı halında yardım siqnalı — bir əllə verilə bilən beynəlxalq universal yardım siqnalıdır. Bu jest video zəng zamanı və ya şəxsən bir əllə göstərilə bilər və başqalarına təhlükə hiss etdiyinizi və köməyə ehtiyacınız olduğunu bildirə bilər. Siqnal COVID-19 pandemiyası zamanı tətbiq edilən özünütəcrid tədbirləri ilə bağlı bütün dünyada məişət zorakılığı hallarının artması ilə mübarizə üçün bir vasitə kimi yaradılmışdır. Bir siqnal vermək üçün əlinizi qaldırmalı, baş barmağınızı ovucunuza basmalı, sonra digər dörd barmağını əyərək simvolik olaraq sıxılmış baş barmağını onlarla tutmalısınız. Siqnal, asanlıqla görülə bilməsi üçün bir mövqedə tutulan işarə kimi deyil, əlin tək, davamlı hərəkəti kimi xüsusi hazırlanmışdır."Kömək üçün siqnal" 14 aprel 2020-ci ildə Kanada Qadınlar Fondu tərəfindən təqdim edilmişdir. Tezliklə Beynəlxalq Qadın Maliyyələşdirmə Şəbəkəsi (WFN) tərəfindən tanındı və bütün dünyaya yayıldı. O , artan məişət zorakılığı hallarının müasir həllini təmin etməkdə kömək etdiyinə görə yerli milli və beynəlxalq xəbər təşkilatları tərəfindən bəyənilib. Bu jestdən istifadə edən şəxsi görsəniz, onunla digər kanallar (mətn mesajları və ya e-poçt kimi) vasitəsilə əlaqə saxlamalı və bir sözdən ibarət “bəli” və ya “yox” cavabını tələb edən suallar verməklə problemin nə olduğunu öyrənməlisiniz. ”, və yalnız siqnalçı aydın şəkildə tələb etdikdə təcili yardım xidmətləri ilə əlaqə saxlayın. Təhlükə ilə üzləşən hər kəs üçün vahid həll yolu yoxdur.
Çağırış (Hilli)
Çağırış (Uddətud-Dai) — Şeyx Əhməd ibn Fəhd Hillinin XIII əsrdə yazdığı dua barədə kitab. Gördüyünüz bu kitab böyük İslam alimi Şeyx Fəhd Hillinin XIII əsrdə qələmə aldığı və bu günümüzə qədər də öz aktuallığını qoruyub saxlayan "Uddətud-Dai" adlı kitabının tərcümə və şərhidir. Bu kitab oxuculara "Çağırış" adı altında təqdim olunur. Qeyd etmək lazımdır ki, "Uddətud-Dai" dua haqqında yazılmış bütün kitablar üçün əsas qaynaq rolunu oynamışdır. Həm irfani, həm də psixoloji səpkidə qələmə alınmış kitabın əsas qayəsi insana Allahla münacat etməyinin yollarını göstərməklə kifayətlənməyib, onun mənəviyyatının paklaşdırılması, daha dəqiq desək, insan nəfsinin rəzil və xoşagəlməz sifətlərdən təmizlənməsindən ibarətdir. Kitab 2016-cı ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 440 səhifədə 60x90 ölçüsündə çap edilib. Kitab tərcümədən əlavə, Müşfiq Mehdibəylinin yüz səhifədən ibarət əlavə və şərhlərindən ibarətdir ki, bu da kitabda öz əksini tapan bəzi ayə və hədislərin geniş oxucu kütləsi tərəfindən daha rahat və asan başa düşülməsi zərurətindən meydana gəlmişdir. Bundan savayı, istifadə olunan Quran ayələri və onların təfsirləri Məcməul-Bəyan, Ətyəbul-Bəyan, Əl-Mizan, Təfsiri-Safi, Təfsiri-Nümunə, Nurul-Quran və s. kitablarına istinadən müqayisəli şəkildə işlənmişdir. Qeyd edək ki, sözügedən şərh və əlavələr kitabda QEYD və üç ulduz (***) işarəsi ilə göstərilmişdir.
AVK Çağırış Kuboku
CEV Kuboku kişilər arasında 1972-ci ildən keçirilir. Turnir ilk vaxtlar Challange Kuboku adlandırılsa da daha sonralar CEV Kuboku adını almış və Azərbaycanca tələffüzdə Çev kuboku kimi məşhurlaşmışdır.
Geri çağırış modemi
Geri çağırış modemi (callback modem) – gələn çağırışa cavab vermək əvəzinə, çağıran abonentin kod yığmasını və "otboy" verməsini tələb edən, bununla da çağırışı geriyə qaytarmaq imkanı verən modem növü. Sonra modem çağıran abonentin kodunu mövcud telefon nömrələrinin siyahısına görə yoxlayır. Əgər alınmış kod qeydiyyatda olan hər hansı nömrəyə uyğun gəlirsə, modem həmin nömrəni yığır və çağıran abonentlə birləşmə yaradır. Belə modemlərdən icazəsiz (sanksiyasız) erişimlərdən qorunmaq məqsədilə istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çağırış (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Çağırış-əlsıxma autentifikasiya protokolu
Çağırış-əlsıxma autentifikasiya protokolu — aşağıdakı kimi işləyir: Məsafədən giriş serveri kliyentə təsadüfi simvollar ardıcıllığından və öz adından ibarət sorğu (challenge) göndərir. Məsafədən giriş kliyenti MD5 alqoritmi ilə sorğu və istifadəçinin parolundan hesablanmış heşin əsasında yeni heş hesablayır. Kliyent hesablanmış MD5 heşini öz adı ilə birlikdə məsafədən giriş serverinə göndərir. Məsafədən giriş serveri istifadəçinin parolu əsasında heşi hesablayır və istifadəçidən alınmış heşlə müqayisə edir. Üst-üstə düşmə halında məsafədən giriş kliyentinin uçot verilələri həqiqi hesab olunur. Beləliklə, parol açıq şəkildə göndərilmir, lakin məsafədəki tərəf istifadəçinin parolunu açıq şəkildə saxlayır. İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
İqtisadi hərbi xidmətə çağırış
İqtisadi hərbi xidmətə çağırış — iqtisadi şəraitlərdən istifadə etmək vasitəsilə silahlı qüvvələrə şəxsi heyətin cəlb edilməsi mexanizmləri. Bu, xüsusilə ölkə daxilindəki coğrafi ərazilərin iqtisadi inkişafı baxımından diqqətdən kənarda qalması halında gənclərin böyük bir hissəsinin silahlı qüvvələrdə karyeranı cəlbedici seçim kimi qiymətləndirdiyi vəziyyətə gətirib çıxarır. Termin hələ 1915-ci ildə istifadə olunurdu. Birləşmiş Krallıqda bu silahlı qüvvələrin hərbi xidmətə çağırış bölmələri tez-tez işsizliyin yüksək olduğu ərazilərdə "karyera yarmarkaları"ndan istifadə etməklə işə qəbul prosesini həyata keçirirlər. "Pleyd Kamri"nin iddiasına görə, Uelsdə "ordu yeni işə götürülənlər tapmaq üçün Uelsin ən yoxsul vilayətlərində yerləşən məktəbləri hədəfə alır".
Azərbaycanda hərbi xidmətə çağırış
Azərbaycanda bütün əmək qabiliyyətli kişi mülki şəxslər üçün Azərbaycan Silahlı Qüvvələrində məcburi hərbi xidmət nəzərdə tutulur. Hərbi xidmətə çağırış yaşı 18-dir. Azərbaycan Konstitusiyasının 76.2-ci maddəsinə əsasən, vətəndaşın vicdan azadlığına uyğun olaraq xidmət keçmək istəmədikdə, hərbi xidmətdən başqa alternativ xidmət nəzərdə tutulur. Silahlı qüvvələrə könüllülük əsasında 19–40 yaş arası qadınlar da qəbul edilir. İldə dörd çağırış dövrü var. Hərbi xidmət stajı 18 ay, ali məktəb məzunları üçün icbari xidmət müddəti 18 aydan 12 aya endirilmişdir. == Vətəndaşların ilkin hərbi qeydiyyatı == Hər il komissiyanın sədri (müvafiq icra hakimiyyəti orqanının rəhbəri) və komissiya üzvlərindən (tibb mütəxəssislərindən) ibarət hərbi qeydiyyat komissiyaları yaradılır. Yanvar-mart aylarında 16 yaşına çatmış kişi cinsli vətəndaşlar müvafiq hərbi orqanlarda qeydiyyatda olmalı və tibbi müayinədən keçməlidirlər. Qısamüddətli səhhətində problem olan vətəndaşlar dövlət büdcəsinin vəsaiti hesabına müalicə üçün tibb müəssisələrinə göndərilməlidir. == Vətəndaşların hərbi xidmətə hazırlanması == === Hərbi xidmətə çağırışaqədərki hazırlıq === Azərbaycanda hərbi xidmətə çağırışaqədərki hazırlıq təhsil müəssisələrində keçirilir.
Hava həyəcanı siqnalı ilə (film, 1940)
Avropa Kişilər CEV Çağırış Kuboku
Avropa Kişilər Çev Çelenc Kuboku — Avropa voleybolunun kulublar arasındakı 3-cü səviyyəli kuboku. == Tarixi == CEV Kuboku adı altında 1980-ci ildən etibarən keçirilməyə başlandı. 2007-ci ildən sonra kubokun adında dəyişiklik edildi. Turnir Çelenc Kuboku adını aldı. Həmçinin turnir “GM Capital Qa Challenge Kuboku” olarak da adlandırılır.
Avropa Qadınlar CEV Çağırış Kuboku
Avropa Qadınlar CEV Çağırış Kuboku (ing. Women's Challenge Cup) — Avropa voleybolunun klublar arasındakı 3-cü səviyyəli kuboku. == Tarixi == "CEV Kuboku" adı altında 1980-ci ildən etibarən keçirilməyə başlamış, 2007-ci ildən sonra "Avropa Qadınlar Çağırış Kuboku" adını almışdır. Həmçinin, turnir "GM Capital Challenge Cup" da adlandırılır.
Azərbaycan Milli Məclisinin III çağırış deputatları
Azərbaycan Milli Məclisin III çağırış deputatları — 2005-ci il noyabrın 6-da baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 63 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. III çağırış Milli Məclisdə Müsavat Partiyası 5 nəfərlə, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Azərbaycan Ümid Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi. III çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin III çağırış deputatları sırasında ən yaşlısı 1928-ci il təvəllüdlü Murtuz Ələsgərov, ən gənci isə 1979-cu il təvəllüdlü Fuad Muradov idi. == Milli Məclisdə təmsil olunan partiyalar == == Milli Məclisin III çağırış deputatları == == Qeydlər == == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səfa Mirzəyev. Azərbaycan Respublikasının Milli Məclisi: üçüncü çağırış. Bakı: Azərbaycan Respublikası Milli Məclisinin nəşri. 2009.
Naxçıvan Ali Məclisinin III çağırış deputatları
Naxçıvan Ali Məclisinin III çağırışı — 2005-ci il 7 noyabr tarixində baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 39-u Yeni Azərbaycan Partiyasının , 2-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 4-ü isə bitərəf idi. Ali Məclisin 45 deputatından 1-i qadın, 44-ü isə kişi olmuşdur. 2005-ci ilin 28 noyabr tarixində Ali Məclisin III çağırışının birinci sessiyası baş tutdu. III çağırışın birinci sessiyasında Ali Məclisin sədri YAP üzvü Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir. III çağırışın 2-ci sessiyasında isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov Ali Məclisin sədr müavini seçilib. Ali Məclisin ən yaşlı üzvü 1941 təvəllüdlü Qürbət Rzayev, ən cavan üzvləri isə 1976 təvəllüdlü Elman Cəfərli və Anar İbrahimov olmuşdur. Naxçıvan Muxtar Respyblikası Mərkəzi Seçki Komissiyası:"Naxçıvanda Parlament seçkiləri: 6 noyabr 2005"; Naxçıvan-2006.
Naxçıvan Ali Məclisinin II çağırış deputatları
Naxçıvan Ali Məclisinin II çağırışı — 2000-ci il 5 noyabr tarixində baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 40-ı Yeni Azərbaycan Partiyasının , 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 4-ü isə bitərəf idi. Ali Məclisin 45 deputatından 1-i qadın, 44-ü isə kişi olmuşdur. II çağırışın birinci sessiyasında Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Vahid Ağahəsənov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Zahid Əzimov seçilib. Ali Məclisin ən yaşlı üzvü 1919 təvəllüdlü Hüseyn İbrahimov, ən cavan üzvü isə 1969 təvəllüdlü Elçin Pənahov olmuşdur. Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Bülleteni; Naxçıvan-2000.
Naxçıvan Ali Məclisinin IV çağırış deputatları
Naxçıvan Ali Məclisinin IV çağırışı — 2010-cu il noyabrnda baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının, 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 2-i isə bitərəf idi. Ali Məclisin 45 deputatından 39-u kişi, 6-sı qadın olmuşdur. 2010-cü ilin dekabrın 3-də Ali Məclisin IV çağırışının birinci sessiyası baş tutdu. IV çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib.
Naxçıvan Ali Məclisinin VI çağırış deputatları
Naxçıvan Ali Məclisinin VI çağırışı — 9 fevral 2020-ci il tarixində baş tutan Naxçıvan Ali Məclisinə seçkilər əsasında formalaşdırılmış parlament. Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü, 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü, 2-si isə bitərəf idi. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsiylə deputatların siyasi partiya mənsubiyyətləri üzrə dağılma belə olmuşdur: 41 nəfər Yeni Azərbaycan Partiyası üzvü, 1 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü və 1 nəfər bitərəf. Ali Məclisin 45 deputatından 10-u qadın, 35-i isə kişidir. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsiylə deputatların cinsiyyət üzrə dağılış sayı belə olmuşdur: 33 nəfər kişi və 10 nəfər qadın. 2020-ci ilin fevralın 24-də Ali Məclisin VI çağırışının birinci sessiyası baş tutmuşdur. Sesiyada VI çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir. Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci il tarixində keçirilmiş təcili qapalı iclasında Ali Məclisin sədr müavini Azər Zeynalov Vasif Talıbovun səhhəti ilə əlaqədər Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini, lakin deputat kimi fəaliyyətinə davam edəcəyini açıqlamışdır. Yeni sədr seçilənədək sədr vəzifəsi müvəqqətən sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdir. Naxçıvan Ali Məclisinin 16 may 2023-cü il tarixində keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilmişdir.
Naxçıvan Ali Məclisinin V çağırış deputatları
Naxçıvan Ali Məclisinin V çağırışı — 2015-ci il noyabr ayında baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının üzvü, 2-si bitərəf, 1-i isə Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü idi. Ali Məclisin 45 deputatından 8-i qadın, 37-i isə kişi olmuşdur. 2015-ci ilin 17 noyabr tarixində Ali Məclisin V çağırışının birinci sessiyası baş tutdu. V çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 14 noyabr 2017 tarixli sərəncamıyla Ali Məclisin sədrinin müavini Mirhəşim Seyidov vəzifəsindən azad edilmişdir.
SSRİ Ali Sovetinin I çağırış deputatları
Azərbaycan Milli Məclisinin VII çağırış deputatları
Azərbaycan Milli Məclisinin VII çağırış deputatları — Azərbaycan Milli Məclisinin 1 sentyabr 2024-cü ildə növbədənkar keçirilmiş seçki ilə formalaşmış VII çağırış deputatlarının siyahısı. Seçki nəticələri Konstitusiya Məhkəməsi tərəfindən 21 sentyabr 2024-cü ildə təsdiqlənib. Parlamentin ilk iclası 23 sentyabr 2024-cü ildə keçirilib və həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib. Parlamentin sədri yenidən Sahibə Qafarova seçilib. İlk iclasda Milli Məclis sədrinin müavinləri də seçki yolu ilə təyin olunub. MM sədrinin birinci müavini vəzifəsinə deputat Əli Əhmədov seçilib. Sahibə Qafarovanın təklifi ilə Ziyafət Əsgərovun MM sədrinin müavini namizədliyi yekdilliklə qarşılanıb. Sonra müstəqil deputatların namizədi Musa Cəfər oğlu Qasımlı, parlamentdə azlıq təşkil edən siyasi partiyalar arasında ən çox deputat mandatı qazanmış Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi deputat Rafael Baba oğlu Hüseynov sədrin müavinləri seçilib. İlk iclasda Milli Məclisin İntizam Komissiyası da yaradılıb. O, İntizam komissiyasının tərkibinə deputatlar Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Kamaləddin Qafarov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev və Nizami Səfərovun namizədlikləri irəli sürülüb.
Naxçıvan Ali Məclisinin VII çağırış deputatları
Naxçıvan Ali Məclisinin VII çağırışı — 1 sentyabr 2024-cü ildə baş tutan Naxçıvan Ali Məclisinə seçkilər əsasında formalaşdırılmış parlament.